AFFA İntizam Komitəsi “Bakı”nın icraçı direktoru Yaşar Seyidovu cəzalandırıb. Korner.az-ın məlumatına görə, buna səbəb klub rəsmisinin kubokun finalında qaydaları pozması olub.
Belə ki, Seyidov “Neftçi” – “Bakı” matçının 82-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılmışdı. O, “Bakı”nın futbolçusu zədələnərkən icazəsiz meydana daxil olmuşdu. Bu səbəbdən Yaşar bəy 1 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə olunub.
