Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran” klubu İntizam Komitəsinə məktubla müraciət edərək Premyer Liqanın XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının hakim idarəçiliyi ilə bağlı öz narazılığını bildirmişdir. Hakimlər Komitəsi matçın hakimlərinin idarəçiliyini dəyərləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.
Həmin matçın 31-ci dəqiqəsində 2-ci sarı vərəqə görə meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. “Simurq” – “Rəvan” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 1000 manat cərimə ödəməli olacaq. Oyunun 90+3-cü dəqiqəsində qonaqların futbolçusu Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.
