Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az həmin qərarları sizə olduğu kimi təqdim edir:
24 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
26 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının IV turunun “Bakı” – “Kəpəz” matçının 17-ci dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Təbriz Hüseynli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
24 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Turan” – “İnter” matçının 66-cı dəqiqəsində “İnter” klubunun 6 №-li futbolçusu Ruslan Cəfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
24 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
25 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Bakı” – “Kəpəz” matçının 17-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Malik Babayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Matçın 89-cu dəqiqəsində “Kəpəz” klubu nəzərdə tutulmuş limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 98).
