Premyer Liqanın XXIX turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan "Rəvan" – "Turan" oyunu təkcə qapılara vurulan 4 qolla əlamətdar olmadı. Həmin matçın baş hakimi Anar Salmanov verdiyi qərarlarla diqqət mərkəzinə düşdü.
FİFA referisinin fasilədən sonra təyin etdiyi 3 penalti və meydan sahiblərinin oyunçusu Taqim Novruzova göstərdiyi qırmızı vərəqə müzakirə mövzusu oldu.
Həmin oyundakı "axsaq" idarəçiliyi Salmanova baha başa gəlib. Belə ki, Hakimlər Komitəsi onu 5 oyunluq cəzalandırıb. Gənc referinin Premyer Liqanın son 2 turunun oyunlarına təyinat almamağı məhz bununla bağlıdı. Salmanov "Rəvan" – "Turan" duelindəki səhvlərinə görə mövsümü erkən başa vurub.
apasport.az