Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin növbəti turunda baş vermiş hadisələrlə bağlı müvafiq qərarlar çıxardılıb.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Bakı” – “Kəpəz” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Simurq” – “Qarabağ” matçının 75-ci dəqiqəsində “Simurq” klubunun 13 №-li futbolçusu Dilqəm Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Qəbələ” – “İnter” matçının 77-ci dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Xanlar Zamanov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1