Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Korner.az-ın məlumatına görə, 5 may 2012-ci il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Neftçi” ROİL – “Qəbələ-2” matçının 87-ci dəqiqəsində “Neftçi” ROİL klubunun 23 №-li futbolçusu Turan Mədinovla “Qəbələ” klubunun 7 №-li futbolçusu Ramal Əhmədov aqressiv oyuna görə (biri-birinə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman “Neftçi” ROİL klubunun 17 №-li futbolçusu Nurani İsgəndərov “Qəbələ” klubunun futbolçusuna yaxınlaşaraq ona zərbə endirmişdir. Bu hadisədən sonra “Qəbələ” klubu maydançanı tərk edərək oyunu davam etdirməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. “Neftçi” ROİL klubunun 23 №-li futbolçusu Turan Mədinov, 17 №-li futbolçusu Nurani İsgəndərov və “Qəbələ” klubunun 7 №-li futbolçusu Ramal Əhmədov aqressiv oyuna görə 4 oyunluq cəzalanır.
2. “Qəbələ” klubu meydanı tərk etdiyi üçün klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir