Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Korner.az-ın məlumatına görə, toplantıda Premyer Liqanın son turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Beçiri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən də futbolçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” oyununun 18-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ziyana düşüb.
AZAL – “Turan” matçının 18-ci dəqiqəsində qonaqların mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, 75-ci dəqiqəsində isə meydan sahiblərinin baş məşqçisi Vaqif Sadıqov hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar.
Onların hər ikisi 1 oyunluq cəzalanıb və klublarını 1000 manat xərcə salıblar. 75-ci dəqiqədə meydandan qovulan AZAL-ın futbolçusu Tales Şutz 1 oyunluq cəzalanmaqla yanaşı, bakılıları 200 manat ziyana salıb.