AFFA-nın yeni vitse-prezidentləri
02.04.2024 , 13:45

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.
Korner.az xəbər verir ki, Sərxan Hacıyev AFFA-nın İcraçı vitse-prezidenti seçilib.
Konül Mehtiyeva, Balakişi Qasımov və Elşad Nəsirov isə vitse-prezidentlər olublar. Bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
S.Hacıyev həmçinin müvəqqəti olaraq Baş katib vəzifəsini də icra edəcək.
