AFFA İntizam Komitəsi klub prezidentini cəzalandırdı
29.11.2023 , 14:51

AFFA İntizam Komitəsi 1-ci Liqada mübarizə aparan “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyevi cəzalandırıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Belə qərarın verilməsinə səbəb onun 1-ci liqanın 9-cu turunda “Difai Ağsu” ilə görüşdən sonra akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olmasıdır.
Buna görə də klub prezidenti 1 matçlıq cəzalanıb.
