AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan çempionatının I divizionunun ilk turunda baş verənlər müzakirə olunub. Qurum “Göyəzən”in baş məşqçisi Elxan Muradovu cəzalandırıb.
Bu qərar “Şuşa” ilə qarşılaşmanın 71-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün verilib. Çalışdırıcı 1 oyunluq cəzalanmaqla yanaşı klubunu 100 manat ziyana salıb.
