Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yüksək liqa ilə bağlı müzakirə obyekti Azərbaycan kubokunun final oyunu olub. Onun iştirakçıları olan “Neftçi” ilə “Bakı” azarkeşlərinin hərəkətinə görə cəzalandırılıb.
“Bakı” tərəfdarları matçın 8-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə etdiyinə görə 1000 manat cərimələnib. Bundan 1 dəqiqə sonra “Neftçi”nin azarkeşləri meydançaya kənar əşyalar atdığına görə 2000 manat cərimə ödəməli olacaq. Komandanın braziliyalı futbolçusu Denis Silva 82-ci dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığından, 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. Həmin anda “Bakı”nın rəsmisi Yaşar Seyidov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.