Regional Futbol Federasiyaları (RFF) İctimai Birliyinin hesabat-seçki Konfransı keçiriləcək. Korner.az-ın məlumatına görə, tədbir sentyabrın 19-da baş tutacaq. Təşkilatın ofisində keçiriləcək Konfransın gündəliyi də məlumdur.
Qurumun prezidenti İsgəndər Cavadov tərəfindən salamlamadan sonra yığıncağın tərkibi yoxlanılacaq. Ardınca Cavadov keçən dövr üçün hesabatı dinləniləcək. Bundan sonar Nəzarət-Təftiş komissiyası hesabat verəcək.
RFF-in prezident seçkiləri isə tədbirin sonuna planlaşdırılıb. Bundan sonra isə yalnız digər məsələlərə baxılacaq.
