AFFA cəzaları açıqladı
29.05.2024 , 13:27

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda aşağı yaş qruplarından ibarət komandalar arasındakı çempionatların matçlarında edilən qayda pozuntuları ilə əlaqədar qərarlar qəbul olunub.
AFFA U-15 Liqasında çıxış edən “Qəbələ” klubunun məşqçisi Şəhruz Mustafayev daha beş oyun cəzalandırılıb. Cəzalı olan mütəxəssis “Sumqayıt”la görüşdə hakimlərin ünvanına qeyri-etik ifadələr işlədib və buna görə onun görə cəzasının üzərinə 5 oyun əlavə edilib. Ş.Mustafayev mayın 24-də də də 5 matçlıq cəzalandırılmışdı.
19 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Şirvansaray” FK – “Astara” FK oyununda “Astara” FK komandasının rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
AFFA U-14 Liqasında keçirilən “Qəbələ” İK – “Azart” oyunu bitdikdən sonra “Azart” komandasının baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir edilməsinə görə 3 oyun cəzalandırılıb.
