AFFA bu qərarı ləğv etdi
29.03.2024 , 16:12

AFFA Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda AFFA İntizam Komitəsinin U-15 Liqasında çıxış edən “Lion” komandası ilə bağlı qərarını ləğv edib.
Belə ki, U-15 Liqasının “Səbail” – “Lion” oyunundan sonra qonaqların azarkeşləri hakimlər təhqir edib, onlara hədə-qorxu gəlib. AFFA-nın İntizam Komitəsi klubun 3 ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.
Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib və işə yenidən baxmaq üçün məsələni İntizam Komitəsininə göndərib.
