AFFA bu klubları cəzalandırdı
01.03.2024 , 14:44

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.
28.02.2024-cü il tarixində Azırbaycan Premyer Liqasında XXIII turun “Qəbələ” – “Qarabağ” oyununun 53-cü dəqiqəsində “Qəbələ” klubunun 6 nömrəli futbolçusu Feras Abu Akal ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Qəbələ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);
İclasda həmçinin I Liqa oyunları ilə bağlı qərarlar alınıb:
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70.1);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “İmişli” – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 74.1);
29.02.2024-cü il tarixində I Liqada XVI turun “Araz Saatlı” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 74.1);
