AFFA bu klubları cərimələdi
09.04.2024 , 14:05

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 29-cu turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
Misli Premyer Liqasında 29-cu turun “Qarabağ” – “Səbail” oyununda qonaqlar;n 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.
Misli Premyer Liqasında 29-cu turun “Neftçi” – “Sumqayıt” oyununda qonaqlar;n 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” 700 manat cərimə edilib.
Misli Premyer Liqasında 29-cu turun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.
