AFFA bu klubları cərimələdi
03.11.2023 , 15:45

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda I Liqanın VII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Mingəçevir” – “İrəvan” oyununda “İrəvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);
“Mingəçevir” – “İrəvan” görüşünün oyunöncəsi iclasında “İrəvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 73.1);
“İmişli” – “Zaqatala” oyununda “İmişli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);
“İmişli” – “Zaqatala” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 100 manat cərimə edilir (maddə 72.4);
“Qaradağ Lökbatan” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37);
“Qaradağ Lökbatan” – MOİK görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 73.1);
“Qaradağ Lökbatan” – MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
