AFFA bu klubları cərimələdi
17.02.2023 , 15:36

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunda yaşananlar barədə aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.
“Kəpəz” klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib.
