Bu gün və sabah – avqustun 28-də, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında media seminarı keçiriləcək. Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, informasiyanın çatdırılması ilə bağlı təklif edilmiş yeni sistem barədə məlumat vermək üçün UEFA-nın dəvəti ilə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və həmin departamentin mütəxəssisi Ülviyyə Nəcəfova seminarda iştirak edəcək.
