Acınacaqlı məğlubiyyətdən sonra “gedirəm” dedi, rəhbərlik qəbul etmədi (ÖZƏL)
30.10.2023 , 15:14

“Kəpəz”in “qərb derbisi”ndə “Turan Tovuz”a darmadağın olması klubun baş məşqçisi Azər Məmmədovun gedişi ilə nəticələnə bilərdi.
Korner.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisinin baş məşqçisi matçdan sonra rəhbərliyə klubdan ayrılmaq istədiyini bildirib. Nəticələrin qənaətbəxş olmadığını, komandanın uzun müddətdi qələbə qazana bilməməsini əsas götürən Məmmədov getmək istədiyini klub rəhbərliyinin nəzərinə çatdırıb.
Lakin komandanın idarə heyətinin sədri İlqar Nadiri onun bu fikrindən yayındıra bilib. Klub rəhbəri ona güvəndiklərini və istefasını qəbul etmədiyini bildirib.
Qeyd edək ki, “Kəpəz” “Turn Tovuz”a 0:4 hesabı ilə məğlub olub.
