Hollandiya millisinin futbolçusu Uesli Sneyder üçün Fildişi Sahili ilə oyun əlamətdar olub.
Korner.az-ın məlumatına görə, bu, 32 yaşlı yarımmüdafiəçinin yığmadakı 130-cu matçı olub. Bununla da o, Hollandiya millisində ən çox oyun keçirən Edvin van der Sara çatıb.
Hollandiya millisi Fildişi Sahilinə 5:0 hesabı ilə qalib gəlib. U.Sneyder sözügedən qarşılaşmada 70-ci dəqiqədə meydana çıxıb.