Yeni mövsüm La Liqada oynamağa vəsiqə qazanan növbəti komanda müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu, “Jirona”dır. Sequndanın 41-ci turunda səfərdə “Saraqosa” ilə qolsuz bərabərə qalan komanda yarışın bitməsinə 1 tur qalmış 2-ci yeri təmin edib.
Bununla da “Jirona” tarixində ilk dəfə La Liqada mübarizə aparacaq.
