Ötən mövsüm "Samsunspor"da çıxış edən yunanıstanlı futbolçu Gekas özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, 32 yaşlı hücuma meyilli yarımmüdafiəçi La Liqa təmsilçisi "Levante" ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 61 dəfə Yunanıstan seçməsinin formasını geyinən Gekas bu matçlarda 22 dəfə rəqib qapılarına yol tapıb.