Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsraildə "Hapoel" (Kiryat Şamona) klubunun qonağı olacaq "Neftçi" ilk oyun üçün bu ölkəyə yollanıb. Korner.az-ın məlumatına görə, çarter reysi ilə öncə Təl-Əvivə gedən komanda ordan oyunun keçiriləcəyi Hayfa şəhərinə avtobusla yollanacaq.
"Ağ-qaralar" bu gün oyunun keçiriləcəyi "Kiryat Eliezer" stadionunda məşqi,Tərlan Əhmədovun mətbuat konfransı nəzərdə tutulub.
Qeyd edək ki, İsraildə baş tutacaq ilk matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, "Dalğa Arena"da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.