“Azarkeşlərimizə çox sağ ol deyirəm. Ağır mövsüm keçirdik. Çalışırdıq ki, mövsümü major notlarla bitirək. Ancaq alınmadı. Bundan sonra növbəti mövsüm haqqında düşünməliyik”.
Korner.az-ın sportal.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın sonuncu turunda Bakı “İnter”inə 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirdiyi mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
– Legionerlərlə vəziyyət necədir? Bir də ki heyətdə hansı dəyişikliklər ediləcək?
– Bütün mövqelərdə güclənməyə çalışacağıq. Oyunçularaın bəziləri ilə danışmışıq. Bütün mövqelərdə güclənmək lazımdır. Gələn mövsüm üçün daha güclü komanda yaratmağa çalışacağıq.
– Komandada fəaliyyətinizi davam etdirəcəksiniz?
– Biz yeni komandayıq. İlk mövsümdə yaxşı nəticə qazanacağıq. Komandada işimi davam etdirmək niyyətindəyəm.