İspaniya La Liqasında keçirilən “Rayo Valyekano” – “Real Sosyedad” (1:2) oyununda birincilərin futbolçularının mərc kontorunda iddia yazdıqları deyilir.
Korner.az-ın məlumatına görə, bu barədə “Marca” qəzeti yazıb.
Mənbədə deyilir ki, İspaniya Peşəkar Futbol Liqası bu məsələni araşdırmağa başlayıb. “Rayo Valyekano”nun həmin matçda qəsdən uduzduğu iddia olunur. Madridlilərin Primeroda qalması üçün bu matç son şans idi.