Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qarşılaşacağı Andorra və Kanada ilə görüşlərinin başlama saatı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, yığma komandamız Andorra ilə mayın 26-da qarşılaşacaq.
Həmin oyun yerli vaxtla 20.00-da (Bakı vaxtı ilə 22.00) start götürəcək. Kanada ilə qarşılaşma isə iyunun 3-də keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Millimiz mayın 29-da Makedoniya ilə də üz-üzə gələcək.