Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Qəbələ" hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Korner.az-ın məlumatına görə, əyalət komandasının rəqibi Serbiyanın "Rad" klubu olub. "Qəbələ" bu matçda məğlub olub – 1:2. Komandamızın qoluna Deyan Kelhar imza atıb.
"Qəbələ" qarşılaşmada aşağıdakı start heyətlə mübarizə aparıb:
Dieqo Koşta Silva, Ürfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane (Vurğun Hüseynov), Rəşad Abdullayev, Elmar Baxşıyev, Aleksandr Çertoqanov (Yaşar Abuzərov), Viktor Mendi (Rövşən Əmiraslanov), Luis Hilario Dodo (Kamal Mirzəyev), Yannik Kamanan (Amil Yunanov).