“Azərbaycana gəlişimi xatırlayıram”.
Korner.az-ın məlumatına görə, bunu Belçika “Anderlext”inin futbolçusu Olivye Deşaxt “Qarabağ”la Avropa Liqasının qrup matçı öncəsi mətbuat konfransında deyib.
O, 2005-ci ildə Avrokubok oyununda “Neftçi” ilə görüşü xatırlayıb:
“Neftçi” ilə birinci oyunda 5:0 hesabı ilə qalib gəlmişdik. Cavab oyununda isə 0:1 hesabı ilə uduzduq. Stadiona azarkeşdən çox əsgər gəlmişdi”.