Türkiyənin “Qalatasaray” klubu ulduz futbolçusu Uesli Sneyderlə müqaviləni yeniləməyə çox yaxındı.
Korner.az-ın məlumatına görə, artıq tərəflər razılığa gəlib.
Hollandiyalı yarımmüdafiəçi ilə yaxın günlərdə 2 illik müqavilə bağlanacağı gözlənilir. 31 yaşlı Sneyderin illik gəliri 4.5 milyon avro olacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)