Torres Premyer Liqa klubuna keçir?
13.06.2024 , 11:45

“Barselona”nın futbolçusu Ferran Torres yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz oyunçu karyerasını İngiltərədə davam etdirə bilər.
Onunla “Nyukasl”ın maraqlandığı iddia olunur.
İngiltərə klubunun futbolçu üçün Kataloniya təmsilçisinə 20 milyon avroluq təklif göndərəcəyi gözlənilir.
