"Biz layiqli oyun nümayiş etdirib, lazımı nəticəni qazandıq". Korner.az-ın məlumatına görə, bu sözləri "Nomme Kalyu"nun futbolçusu Tixon Şişov deyib.
Lənkəran klubunun sabiq üzvü növbəti mərhələyə adlaya biləcəklərinə inandığını bildirib:
"Bizim hədəflərimiz var. Lənkəranda çoxlu azarkeş qarşısında oynadıq və məğlub olmadıq. Bu gün də eyni nəticəni göstərəcəyimizə inanıram".