27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilib.
Korner.az-ın məlumatına görə, “Zirvə” İdman Klubunun atletləri iki yarış günü ərzində möhtəşəm çıxış nümayiş etdiriblər.
Mümkün olan 39 medaldan 28-ni əldə edən klubun idmançıları birinciliyin şəksiz lideri olublar. Yeniyetmə ağır atletlər bütün çəkilərdə inamla mübarizə aparıblar.
Qeyd edək ki, bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunub. Belə ki, 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapıb.