Topaz Premyer Liqasının XXIII turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib.
Korner.az-ın məlumatına görə, qonaqların baş mışqçisi Aqil Məmmədov bunları deyib:
“Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.
PFL.az