“Yuventus” klubunun futbolçusu Andrea Pirlo gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Sport Mediaset” yayıb. 35 yaşlı futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini bildirib:
“Karyeramı başa vurmaq? Bu barədə düşünmürəm. İndi özümü daha həvəsli hiss edirəm, nəinki 15 yaşında olarkən. Karyeramı başa vurmağıma çox var”.