big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ötənlərin ulduzları bu gün hardadır?

28.10.2014 , 07:53

Ötən əsrin 90-cı illərinin məşhur futbolçuları hazırda nə işlə məşğuldurlar? Bir vaxtlar meydandakı oyunları ilə rəğbət toplayan futbolçular indi hardadırlar? 

Zinəddin Zidan (Fransa)
Zinəddin Zidan və ya bir çox azarkeşin  “Zizu” adlandırdığı Əlcəzair əsilli fransız futbolçu peşəkar futbolçu karyerasını 2006-cı ildə bitirib. Top qovduğu illərdə Zidanın hədsiz məşhurluğu bizə onun heç vaxt futboldan uzaqlaşmayacağına dair əminlik verirdi. Zinəddinin özü futboldan gedən kimi bir müddət istirahət edəcəyini mediaya açıqlamışdı. “Zizu”nun futbola qayıdışı uzun çəkmədi və 2 ildən sonra yaşıl meydanlara geri dönməyin əleyhinə olmadığını bəyan etdi.
2009-cu ildə Zinəddin Zidan ulduzunun parladığı “Real” (Madrid) klubunda çalışmağa başladı. O, klub prezidenti Florentino Perezin köməkçisi vəzifəsini yerinə yetirirdi. Bir ildən sonra Zidan prezidentin əsas məsləhətçisi oldu. Bu müddətdə o, həvəskar şəkildə məşqçiliklə də məşğul olmuş və öz köməyini Joze Mourinyodan əsirgəməmişdi. 2011-ci ilin iyul ayında Zidan “Real”ın idman direktoru vəzifəsində çalışmağa başladı. Paralel olaraq o, həm də, idman direktoru sertifikatını almaq üçün universitetdə təhsil alırdı. 
Nəhayət, 2013-cü ilin yayında Zidan məşqçi kimi fəaliyyətə başladı. Zinəddin Karlo Ançelottinin köməkçisi kimi işləməyə başladı. Hazırda isə “Zizu” “Real Madrid Kastilya” klubunda baş məşqçidir. Kim bilir, bəlkə də, gələcəkdə “Real”ın baş məşqçisi kimi qarşımıza çıxacaq.

Ronaldo (Braziliya)
Ronaldo uzun və möhtəşəm futbolçu karyerası keçirsə də, sonluq istənilən kimi olmadı. “Ulduzu” Avropada – İspaniyanın “Real“ klubunda parladı. “Sambaçı” 2008-ci ildə, bəlkə də, karyerasına az da olsa təsir edən Braziliyaya qayıtmaq qərarını verdi. Bundan sonra o, “Koritinas” klubunda 3 mövsüm keçiridi. Əfsanəvi futbolçu bu illərdə birdən-birə iki ciddi problemlə üzləşdi: zədə və artıq çəki.
2010-cu ilin iyul ayında Ronaldo əlini sındırdı. Əməliyyat olunan futbolçu bərpa prosesi zamanı və ondan sonra da problemlər yaşadı. Buna baxmayaraq, demək olar ki, çıxdığı oyunların əksəriyyətində nəticəyə təsir edən oyun sərgiləyirdi. 
Onun futbolçu karyerası 2011-ci ildə başa çatdı. Özü bu barədə hələ 2010-cu ildə məlumat vermişdi. “Həvədiş” hansı işlə məşğul olacağını da bəyan etmişdi. O, agentlik müəssisəsi açdı. İlk müştəri isə həmyerlisi Neymar oldu. Ronaldo 2014-cü il dünya çempionatının təşkilat komitəsində yer almışdı.
 
Luiş Fiqu (Portuqaliya)
Kriştiano Ronaldonu məhz, Luiş Fiqunun davamçısı adlandırırlar. Bu futbolçuların mövqeyi ayrı olsa da, dünya futboluna bəxş etdikləri arasında fərqlər o qədər də böyük deyil. Fiqu “Barselona”da, “Real”da və “İnter”də möhtəşəm oyunlar sərgiləyib. Bu klublardaki çıxışı ilə hər zaman komandanın lideri olmuş, 2000-ci ildə Avropanın ən yaxşısı seçilmişdi. Bir il sonra isə FİFA onu dünyanın ən yaxşı futbolçusu adına layiq bilmişdi.
Fiqu karyerasını 2009-cu ildə bitirib. Lakin bundan sonra o, sanki kölgəyə çəkilib. Ronaldo və Zidandan fərqli olaraq, o, futbolçu həyatından sonra o qədər də aktiv həyat sürməyib. Bir müddət “İnter” klubunda çalışıb və müxtəlif tədbirlərdə klub nümayəndəsi kimi iştirak edib. Daha sonra özünü avto idmanda sınayıb. A1 seriyalı bolidin sükanı arxasında da əyləşib – təbii ki, həvəskar olaraq.
Fiqunun digər gəlir mənbəyi Portuqaliyada açdığı bardır. Bundan başqa, o, “Network90” sosial şəbəkəsinin də sahibidi. 

Roberto Baccio (İtaliya)
Roberto Baccio 20 ildən artıq rəngarəng karyera keçirib. Onun, xüsusilə, “Yuventus”, “Milan” və “İnter” klubunda keçirdiyi dövr unudulmazdı. “At quyruğu” ləqəbi ilə tanınan futbolçu karyerasını 2004-cü ildə “Breşiya”da başa vurub. Onun məşqçilik fəaliyyəti ilə məşğul olacağı ehtimal edilsə də, gözlənilən olmadı. 2010-cu ildə Roberto futbola qayıtmağı qərara alıb. Bu hadisə dünya çempionatından dərhal sonra baş verib. Baccio İtaliya Futbol Federasiyasının texniki direktoru təyin edilib. Onun əsas vəzifəsi gənc, prespektivli futbolçular tapmaq idi. Bir il sonra ikinci dərəcəli məşqçilik lisenziyası alır. Baccio İtaliya Seria C liqasında klub idarə etmək hüququna sahib idi. Seria A və Seria B liqalarında isə köməkçi məşqçi vəzifəsində işləyə bilərdi.  2012-ci ildə isə Baccio bütün imtahanları uğurla verib “Pro” dərəcəli lisenziyaya yiyələnir. “At quyruğu”nun yaxın gələcəkdə hər hansı klubun məşqçilik postuna oturacağı gözləniləndi.
 
Qabriel Batistuta (Argentina)
Argentina futbol tarixinin yaddaqalan hücumçularından olan Qabriel 2005-ci ildə peşəkar karyerasını başa vurub. Qətərın “Əl-Ərəbi” klubu onun son komandası olub. “Fiorentina”da keçirdiyi 250-dən çox oyunda 156 qol vurmağa nail olub. Argentina yığmasında 78 oyunda 56 qol vurub. 
Karyerasını bitirdikdən sonra Batistuta maraqlı qərarla diqqət çəkib. O, Avstraliyanın Pert şəhərinə köçüb və orada 2 ildən çox yaşayıb. “Batiqol”orada üzgüçülük və qolfla məşğul olub. 2007-ci ildə isə vətəninə dönüb və məşqçilik dərslərinə başlayıb. Bununla bərabər, Qabriel bizneslə də məşğul olub. Argentinalının tikinti şirkəti öz vətənində ən məşhur firmalardandı.
2011-ci ildə “Batiqol” “Kolon” klubunun rəhbərlərindən biri olub və orada 2 ilə qədər çalışıb. Qabriel bundan sonra Avropada məşqçiliklə məşğul olmaq istədiyini bəyan edib. Gözləyirik səni, Batistuta…
 
Patrik Klüvert (Hollandiya)
2013-cu ilə qədə Klüvert Hollandiyanın ən məhsuldar hücumçusu idi. “Ayaks”, “Milan” və “Barselona”da parlayan hücumçunun rekordunu Robin van Persi qırıb. 
Klüvert karyerasını 2008-ci ildə Fransanın “Lill” klubunda başa vurub. Lakin bir çox azarkeş üçün onun karyerası 2004-cü ildə bitib. Həmin vaxt o, “Barselona”dan ayrılmış və karyerasını İngiltərədə davam etdirmək qərarını vermişdi.
Karyerasını bitirdikdən dərhal sonra Patrik Hollandiyada məşqçilik kursunda oxumağa başlayıb. Hollandiya metoduna əsasən, bütün abituriyentlər peşəkar klublarda təcrübə keçməlidi. Klüvert 2008/09 mövsümdə “AZ Alkmaar” klubunun məşqçilərindən biri olub. Onun işi bəyənilib və bir il sonra “AZ Alkmaar” hücumçularının fərdi məşqçisi seçilib. 2011/12 mövsümündə Klüvert “Tvente”nin gənc komandasının baş məşqçisi olub. 2014-cü il mundialında isə Klüvert Van Qalın köməkçisi idi.

Məmmədov İLKİN

Son yazılar

To Top