"Arsenal"ın baş məşqçisi Arsen Venqer dünən keçirilən "Kristal Pelas" qarşılaşmasını (2:1) şərh edib.
Korner.az-ın məlumatına görə, fransız mütəxəssis rəqibin fiziki cəhətdən daha yaxşı hazırlaşdığını qeyd edib:
"Kristal Pelas"la oyun çətin oldu. Onlar daha hazırlıqlı görünürdülər. Bəxtimiz gətirdi ki, qələbə qazandıq. "Beşiktaş"la oyuna daha ciddi hazırlaşmalıyıq. Bu oyuna az vaxt qalsa da, əlimizdən gələni edəcəyik"
Xatırladaq ki, "Beşiktaş" – "Arsenal" oyunu 19 avqust tarixində keçiriləcək.