Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Neftçi”nin növbəti sınağı Almaniyanın “Dinamo” (Drezden) komandası olub.
Korner.az xəbər verir ki, alman klubu ilk hissəsi 1-1 bitən matçın 90 dəqiqəsinin sonunda bakılıları 2-1 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, bundan əvvəlki hazırlıq oyununda “Neftçi” Rumıniyanın “Botaşoni” klubuna 0-3 hesabı ilə uduzmuşdu.