Braziliya yığmasının təcrübəli baş məşqçisi Luis Felipe Skolari Dünya çempionatı 2014-də bu gecə qarşılaşacaqları Meksika ilə oyun barədə danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Meksika yığmasından sürpriz gözləmədiyini bildirib:
"Meksika millisinə qarşı oynamaq hər zaman çətin olub. Lakin biz rəqibi yaxşı öyrənmişik. Miqel Errera az müddətdir yığmada çalışır. Komandada müəyyən dəyişikliklər edib. Ancaq biz hazırıq. Düşünmürəm ki, Meksika millisi bizimlə oyunda hansısa sürpriz etsin".