Türkiyənin Bolu şəhərində növbəti mövsümə hazırlıqlarını davam etdirən Bakının “Neftçi” klubu bu gün ilk yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Böyükağa Hacıyevin komandası Gürcüstan kubokunun finalçısı “Çixura” klubu ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə “Neftçi” 2:3 hesabı ilə uduzb. Bakı təmsilçisi matçın son dəqiqəsində qapısından qol buraxaq meydanı məğlub tərk edib.
