Futbol üzrə Azərbaycan I Divizionunda 30-cu turun bir oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, çempion “Araz Naxçıvan” “Energetik” klubuna 9 cavabsız qol vurub.
Naxçıvan təmsilçisinin heyətində Tərlan Xəlilov (d.41), Akif Tağıyev ( d.45+1), Cavid Həsənov (d.49), Bəxtiyar Soltanov (d.79) və Fərid Quliyev (d.80) hərəyə bir qol vurub. Komandanın gürcüstanlı legioneri David Janalidze isə 42, 50, 70 və 85-ci dəqiqələrdə qol vurmaqla “poker” edib.