Bu gün İngiltərə Premyer Liqasında baş tutan "Aston Villa" – "Çelsi" (1-0) matçında maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, 93-cü dəqiqədə hakimin "Çelsi"li futbolçu Ramiresə göstərdiyi qırmızı kart baş məşqçi Joze Mourinyonun qəzəbinə səbəb olub.
Hakimə etirazını bildirmək üçün meydana daxil Mourinyo hakim tərəfindən tribunaya göndərilib.