Premyer Liqanın XIX turunun “Neftçi” – “Simurq” matçının yeri və saatı dəyişib.
Korner.az-ın məlumatına görə, matç “Bakcell Arena”da keçirilməyəcək.
Buna səbəb qazonun qardan vaxtında təmizlənməməsi olub. Bu səbəbdən “Neftçi” “Simurq” ehtiyat meydanda – İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcək. Qarşılaşmanın start fiti əvvəlcədən elan olunduğu kimi saat 15.30-da yox, 14.00-da çalınacaq.