Hələ çempionatın gedişində Kərim Diniyevin xidmətində Türkiyə klublarının maraqlı olduğunu xəbər vermişdik. Bu məqsədlə Azərbaycanda olmuş türkiyəli menecerlər Kərimin “Sumqayıt”dakı oyununu izləmişdilər.
Korner.az-ın məlumatına görə, “Sumqayıt”dan ayrıldıqdan sonra “Neftçi”nin düşərgəsinə qayıdan, hazırda isə U-21 yığmasının heyətində Antalyada təlim-məşq toplanışında olan Kərimin Türkiyə klubuna keçməsi reallığa çox yaxındı. Onunla bir neçə Türkiyə klubu yaxından maraqlanır.
Gənc mərkəz müdafiəçisini heyətə qatmağa ən yaxın olan klub isə birinci divizion təmsilçisi “Karşıyaka”dı. İzmir klubunun məşqçiləri Kərimin iştirakı ilə keçirilən yoldaşlıq oyunlarını izləyiblər və fikrləri müsbətdi.