“Sumqayıt” Futbol Klubu gənclərə önəm verməkdə davam edir.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının 18-ci turunda səfərdə “Xəzər Lənkəran”la qarşılaşmada 1996-cı il təvəllüdlü futbolçu Bayram Nuruzadə əsas komandanın heyətində debüt oyununa çıxıb. 17 yaşlı adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verərək futbola gəlişindən danışıb və bəzi maraqlı məqamlara toxunub: “Futbola 9 yaşında başlamışam. Valideynlərim məni Sumqayıtda futbol məktəblərinin birinə yazdırmışdı. İlk məşqçim Ağamusa Bağırov olub. “Sumqayıt” Futbol Klubu yarandıqdan sonra isə bu komanda ilə müqavilə imzalamışam. Əvvəlcə U-15 komandasında çıxış etmişəm burada kapitan olmuşam. Ardınca isə U-17-yə dəvət almışam. Cari mövsümün əvvəlində isə Vaqif Paşayevin rəhbərlik etdiyi əvəzedici komandaya cəlb olunmuşam. Bu mövsüm əvəzedici komandada demək olarki bütün oyunlarda çıxış etmişəm”