17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri bu il Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Latviya yığmasını sınağa çəkəcək.
Ölkəmizin qonağı olan Baltikyanı ölkə təmsilçisi ilə 2 dəfə qarşılaşacaq yığmamız hər 2 qarşılaşmanı Lənkəranda keçirəcək. Bugünkü matç saat 16:00-da başlayacaq. Komandalar arasında növbəti oyun isə mayın 12-də baş tutacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)