big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Cüdo

London Olimpiadasına 51-ci lisenziya

09.05.2012 , 08:59

2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış cüdoçuların yekun siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Avropa Cüdo İttifaqı (EJU) 9 may Qələbə günündə Azərbaycana 73 kq çəki dərəcəsində daha bir lisenziya bəxş edib. 2008-ci il Pekin olimpiadasında Elnur Məmmədlinin qızıl medal qazandığı çəkidə bu dəfə ölkəmizi Rüstəm Orucov təmsil edəcək.

Yığmamızın baş məşqçisi Ağayar Axundzadə Lent.az-a açıqlamasında bu xəbərin sevindirici olduğunu söyləsə də, “açığı, EJU-dan belə bir qərar gözləmirdik” deməyi də unutmayıb. Onun sözlərinə görə, Orucov hələ gənc olduğundan, 2016-cı il Rio-de-Janeyro olimpiadasına hazırlanırmış. Lakin Məmmədli 81 kq çəki dərəcəsinə keçdikdən sonra 73 kq çəkidə yoxladıqları Renat Mirzəliyev ümidləri doğrultmayıb. Bu səbəbdən, Orucovu sınamağı qərara alıblar. Gənc cüdoçumuz isə layiqli çıxışları ilə Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında irəliləməyi bacarıb. Son siyahıda o, 136 xalla 56-cı pillədə qərarlaşıb.

Bununla da ölkəmizin London olimpiadasına qazandığı lisenziyaların sayı 51-ə çatıb. Bunlardan 8-i cüdoçularımızın – İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovanın (63 kq) payına düşür.

Son yazılar

To Top