Bu gün Rusiya Premyer Liqasında IX turun növbəti oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” öz meydanın “Tomsk”nı qəbul edəcək.
Son oyunlarda baş məşqçi Kurban Berdiyev millimizin müdafiəçisinə şans vermir. Bugünkü qarşılaşma üçün də onun adı 18-liyə salınmyıb.
Oyun Bakı vaxt ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Kazan təmsilçisi hazırda 12 xalla 8-ci pillədə qərarlaşıb.