Braziliya millisi və İtaliya “Milan”ın futbolçusu Robinyonun evi soyulub.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu aeroporta ailəsini qarşılamağa gedib və qayıdarkən evindən bir çox dəyərli əşyanın yoxa çıxdığını görüb.
İtən əşyaların ümumi dəyəri 30 min avroya yaxındır. Polis faktla bağlı cinayət işi açıb.