“Borussiya”dan yeni transfer
08.07.2024 , 21:43
“Borussiya” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ştutqart”dan Valdemar Antonu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.